Dərc edilib: 24-04-2020

https://www.nuh.az/23947-.html

Ramiz Mehdiyev AMEA-dan getsin təklifi : “Gənc kadr gəlsin ”

24.04.2020 19:10:56

LIVE

"Ali Attestasiya Komissiyası SSRİ dövründən qalma bir qurumdur". 

Bizimxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib. Deputat bildirib ki, Ali Attestasiya Komissiyası ləğv edilməlidir.

Q.Həsənquliyev həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının müasir, özəl universitetə çevrilməsi təklifini də səsləndirib. “Elmlər Akademiyası özəl universitetə çevrilməlidir, başına da gənc bir kadr gətirilməlidir”, - deputat əlavə edib.

Qeyd edək ki, AMEA-nın hazırkı rəhbəri akademik Ramiz Mehdiyevdir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib