Dərc edilib: 25-04-2020

https://www.nuh.az/23964-.html

“VÖEN-in 190 manata aidiyyatı yoxdur” - Rəsmi

25.04.2020 18:39:34

Cəmiyyət

Vergilər naziri Mikayıl Cabbarov VÖEN-in 190 manat yardımı almağa maneə olmadığını bildirib. 

 


"Qafqazinfo"nun verdiyi xəbərə görə, Mikayıl Cabbarov deyib ki, vətəndaşın VÖEN-i olması 190 manatlıq yardım üçün neytral xarakter daşıyır: "Passiv VÖEN-ə görə kiməsə imtina verilibsə, buna aidiyyətı üzrə baxılmalıdır. Bu qaydanın yardımın verilməsi ilə bağlı qaydalar arasında olub-olmadığına baxılmalıdır". 

Nazir müavini Sahib Ələkbərov əlavə edib ki, bu məsələ ilə bağlı dünən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini ilə danışdım: "Bu məsələ ətrafında çox söhbətlər olur. Nazir müavini ilə danışmışam, razılaşmışıq, Mikayıl müəllimin dediyi kimi VÖEN-in bu məsələyə aidiyyətı yoxdur. VÖEN sadəcə nömrədir. Buna görə imtina alınıbsa, bu gün də təkrar müraciət edə bilərlər. Əgər yenə anlaşılmazlıq yaranarsa, aidiyyətı quruma müraciət edə bilərlər".

NUH informasiya agentliyi səhifəsindən çap edilib