Elmar Məmmədyarov gedir və yeni nazir Səməd Seyidov olur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Elmar Məmmədyarovun xarici işlər naziri vəzifəsinə təyin edilməsindən 16 il keçir.
Onun nazir olaraq fəaliyyəti cəmiyyətdə birmənalı olaraq qarşılanmayıb. Son vaxtlar Məmmədyarovun fəaliyyəti hətta parlament səviyyəsində çox sərt tənqid olunur.
NUH.az-a daxil olan məlumata görə, yaxın zamanda cənab nazir öz vəzifəsi ilə vidalaşacaq. Və Milli Məclisin üzvü Səməd Seyidovun xarici işlər naziri təyin olunacağı gözlənilir.