Dərc edilib: 12-05-2020

https://www.nuh.az/24202-.html

“EuroHome” yenidən yanır: Nazir müavini də hadisə yerinə gəldi

12.05.2020 00:44:44

Hadisə

Bakının Binəqədi rayonunda “EuroHome” ticarət mərkəzində növbəti dəfə yanğın olub.


Bizimxeber.az xəbər verir ki, hazırda davam edən yanğının söndürülməsi üçün FHN-nin texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub.

Eyni zamanda Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev də hadisə yerindədir.

 

 

 

 

 

 

23:16

“EuroHome” tikinti materialları bazarı yanır.

Bu barədə Bizimxeber.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, FHN-in “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib