Dərc edilib: 13-05-2020

https://www.nuh.az/24230-.html

İşdən çıxsan da, ölkədən qaçsan da, ölsən də səndən halal pulumuzu alacağıq

13.05.2020 14:05:57

Region

Xəbər verdiyimiz kimi, Suqayıt Dənizkənarı Bulvarın və şəhərin giriş hissəsinin tikintisini həyata keçirən bir qrup sahibkar  və 400 civarında  fəhlə ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov arasında borc qalmaqalı uzun müddətdir ki, davam edir. Belə ki, tikinti işlərini hələ 2016-cı ilin sentyabrında başa çatdıran iş adamları bu günə qədər milyonlarla manat vəsaitlərini ala bilməyiblər. Məsələ ilə bağlı dəfələrlə müxtəlif dövlət qurumlarına müraciət edən və dəstək istəyən iş adamları növbəti dəfə cənab Prezident İlham Əliyevə müraciət ediblər: 

 

Cənab Prezident ! 

 

Sizin sahibkarlara, iş adamlarına dəstəyinizi həmişə hiss etmişik. Son vaxtlar sahibkarlara, iş adamlarına, vətəndaşlara qənim kəsilən icra başçılarına, məmurlara qarşı apardğınız qətiyyətli mübarizə ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. 

Bir neçə rayonun icra başçılarının və digər məmurların  DTX tərəfindən həbs edilməsi, haqlı olaraq cəzalandırılması  Sizin siyasi iradəniz nəticəsində mümkün olub. 

Cənab Prezident ! 

Sumqayıt Dənizkənarı Bulvarın və şəhərin giriş hissəsinin  tikintisinin həyata keçirilməsini  biz həyata keçirmişik. Bizim gecə-gündüz  zəhmətimizn nəticəsində  görülən işləri Siz Bulvarın açılışında möhtəşəın işlər adlandırmısınız. Ancaq bu möhtəşəm işləri  görən  400-dən artıq iş adamı, sahibkar, fəhlə  bu günədək öz halal pullarını ala bilmirlər. Gördüyümz işlərin əvəzi olaraq  bizə çatmalı olan milyonlarla vəsaiti  Zakir Fərəcov vermir. Zakir Fərəcov hətta bizə hədə-qorxu gəlir, həbslə hədələyir. 

Cənab Prezident ! 

Biz dəfələrlə Zakir Fərəcovdan sənəd əsasında işləməyi tələb etsək də, o "Şəhərin sahibi mənəm, nə sənəd -zad..." deyərək  görülən işlərin sənədləşməsinə imkan verməyib. Zakir Fərəcovdan hər dəfə pullarımızı tələb edəndə "Tələsməyin, Bakıya icra başçısı gedirəm..." deyərək  bizləri aldadıb. 

Cənab Prezident ! 

Zakir Fərəcov deyir ki, guya bizim pullarımızı verib, qoy ortaya bircə sənəd qoysun. Qoya bilməz, çünki bizim halal pullarımızı verməyib.  

Cənab Prezident ! 

Zakir Fərəcov bizimlə görüşəndə yeni bəhanələr tapır, "Tələsməyin  müavinim Adil Xudadatov  iş adamlarından pulları yığıb borcunuzu bağlayacaq". 

Görəsən, vaxtilə KAMAZ şoferi işləyən, heç bir ali təhsili olmayan, Abşeronda çalışarkən Fərəcova milyonlar atan və cəzasını çəkən, sonra Fərəcovun etimadını doğruldan və Sumqayıt icra hakimiyyətində işləyən Xudadatov kimdir ki, sahibkarlardan, ticarət obyektlərindən pul yğır? Görəsən şəhərin hüquq-mühafizə orqanları hara baxır ? 

Yeri gəlmişkən, Adil Xudadatov kefi yaxşı olanda  "Mən Abdullanın əsgəriyəm" deyir. Qoy təhlükəsizlik orqanları araşdırsın görək Abdulla kimdir ?  

 

Cənab Prezident ! 

 

Adil Xudadatov kimdir ki, hansı səlahiyyətlə  iş adamlarından pul yığır ?

Adil Xudadatov dəyəri yüz minlər, milyonlar olan obyektləri hansı pullarla alıb ?

Zakir Fərəcovun mülklərinin ümumi dəyəri bəlkə də Sumqayıt şəhərinin büdcəsindən çoxdur.

Cənab Prezident ! 

Biz dərdimizi kimə deyək, hara şikayət edək, hansı quruma müraciət edək ? Ki, problemimiz  həll olunsun. 

Cənab Prezident ! 

Bizim yazdığımız müraciətlər, şikayətlər niyə Sizə yetişmir?

Siz öz çıxışınızda qeyd etmisiniz ki, bəziləri şikayətlıərin sizə çatmasına mane olublar. Bəs bu gün niyə bizim şikayətlərimiz  Sizə çatmır ? 

Cənab Prezident !

Zakir Fərəcovdan halal pullarımızı necə alaq? Bəlkə, bizə bir yol göstərəsiniz. Bu adam təkcə bir obyektini satsa borcların hamısını bağlayar. Bizim də canımız qurtarar. 

Cənab Prezident ! 

Biz iş adamları evimizi-eşiyimizi girov qoyub mal-material alıb götürüb Sumqayıtı yenidən qurmuşuq. İndi hamımız çətin durumdayıq. Bizim düşdüyümüz durumu  nəzərə alın, göstəriş verin zakir Fərəcova pullarımızı  qaytarsın. 

Cənab Prezident ! Bir çıxışınızda  vicdansız məmurlara müraciətlə " Barı Allahınız olsun"   demisiniz. 

Cənab Prezident! zakir Fərəcovun Allahı yoxdur, bizi bu Allahsızın əlindən  xilas elə, ya da onu da göndər həbsxanadakı dostlarının yanına. 

 

Dərin hörmətlə, 

 

1. Məmmədov  İlham  Musa oğlu - iş adamı

2. Həmidov  Saatxan Cəlil oğlu - iş adamı

3. Abdullayev Aydın Əzzali oğlu  - iş adamı 

4. Mansurov  Çingiz  Əfraim oğlu - iş adamı 

5. Qasımov  İsa  Umudxan oğlu - iş adamı 

6. Ənnağıyev  Bəxtiyar  Tapdıq oğlu - iş adamı

7. Qarayev  Elçin Məhəmmədəli oğlu - iş adamı

8. Rzayev Zöhrab Rafik oğlu - iş adamı 

9. Müqayis  Verdiyev - iş adamı 

 

Sonda zərərçəkən iş adamları  Zakir Fərəcova bildirirlər ki, işdən çıxsan da, həbsxanaya düşsən də, ölkədən qaçsan da, hətta ölsən də biz səndən halal pulumuzu alacağıq. Lap qəbrindən olsa da pulumuzu alacağıq. 


NUH informasiya agentliyi səhifəsindən çap edilib