Çinin İsraildəki səfiri evində ölü tapıldı - Fotolar
Çinin İsraildəki səfiri Du Vey Herzliyadakı evində ölü tapılıb. “Qafqazinfo” bildirir ki, bu barədə “Yediot Axronot” nəşri xəbər verib.
“Səfir öz çarpayısında ölü vəziyyətdə tapılmışdı”, - nəşr yazıb.
Du Veyin nədən öldüyü açıqlanmır, hadisənin baş vermə səbəbləri araşdırılır.
Qeyd edək ki, 58 yaşlı Du Vey İsrailə fevral ayında gəlmişdi. Siyasətçi daha əvvəl Çinin Ukraynadakı səfiri olub.