Atambayev məhkəmə zalından qovuldu
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev ötən il həbsi zamanı əməliyyatlarda baş verən kütləvi aksiyalarla bağlı keçirilən məhkəmədə hakim tərəfindən zaldan qovulub.
Bizimxeber.az-ın məlumatına görə, bu barədə Atambayevin müşaviri Gündüz Joldubayeva Feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, vəkili Atambayevin məhkəmə iclası zamanı şüşə arxasına salınmasına etiraz edib və onun oradan çıxarılmasını tələb edib.
“Hakim Maraq Sıddıkov da Almazbek Atambayevi ümumiyyətlə məhkəmədə iştirak etməkdən məhrum edib”, - Joldubayeva bildirib.