Xalq artistinin ürəyində problemlər yaranıb
"Ürəyimdə problemlər var. Dəfələrlə müayinələrdən keçmişəm. Səhhətimdə yaranan bu problem sənətimlə əlaqəlidir”.
Oxu.az-ın xəbərinə görə, bu sözləri Xalq artisti Mələykə Əsədova "Xəzər” televiziyasında yayımlanan "X maqazin” proqramına verdiyi müsahibəsində deyib.
Sənətçi sağlamlığında yaranan problemini səhnədə oynadığı çətin və mürəkkəb obrazları ilə əlaqələndirib:
"Çox çətin obrazları canlandırıram. Sənət üçün yaranmışam. Dünyamı dəyişənə kimi səhnədə olmaq istəyirəm. Çətin rolların öhtəsindən gəlmək üçün möhkəm ürək lazımdır. Amma ürəyim çox zəifləyib”.