Saakaşvilidən ŞOK bəyanat – Ukrayna dağılacaq
Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri Mixail Saakaşvili ölkənin parçalanma təhlükəsini bəyan edib.
Bizimxeber.az xəbər verir ki, bu barədə "Qlavred" yazıb.
Belə bir ssenariyə yol verməmək üçün operativ şəkildə islahatlar aparmaq lazımdır, deyə Saakaşvili vurğulayıb.
"Əgər biz sürətlə dəyişiklik etməsək, real nəticə əldə edə bilməyəcəyik. Ölkə dağılacaq. Gəlin, özümüzü aldatmayaq: həm cənubda, həm şərqdə, həm uzaq qərbdə, həm də şimalda mərkəzdənqaçma qüvvələri həddindən artıq gücləniblər", — deyə o bildirib.