Dərc edilib: 17-06-2020

https://www.nuh.az/24649-.html

“Azəriqaz”dan Şəmsəddin Hacıyevin qızının borcu ilə bağlı

17.06.2020 22:33:59

Maqazin

“Azəriqaz” İstehsalat Birliyindən sabiq deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyevanın quruma külli miqdarda borcu olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirilib.


Qurumdan "Qafqazinfo"ya verilən məlumatda bildirilir ki, Ç.Hacıyeva tərəfindən borc tam ödənilib:

"Bu gün abonent Hacıyeva Çeşmi Şəmsəddin qızının “Azəriqaz” İstehsalat Birliyinə borcunun olmasına dair bir sıra informasiya saytlarında məlumatlar yayılmışdı. Bildiririk ki, abonent tərəfindən borc tam ödənilmiş və bu haqda yayılan məlumat “Azəriqaz” İstehsalat Birliyi tərəfindən gündəmə gətirilməmişdir".

Qeyd edək ki, Çeşmi Hacıyeva Ağstafanın yeni təyin olunan icra başçısı Seymur Orucovun həyat yoldaşıdır.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib