Dərc edilib: 19-06-2020

https://www.nuh.az/24665-.html

Bakıda internet problemi yaranıb - Açıqlama

19.06.2020 09:13:13

İdman

Bakının bir sıra ərazilərində internetin verilməsində problem yaranıb.

Bizimxeber.az xəbər verir ki, "Bakı Telefon Rabitəsi" MMC-nin (Baktelecom) tabeliyindəki 2 saylı Rabitə xidmətləri mərkəzi ATS 561-də baş verən qısaqapanma səbəbindən internet şəbəkəsini ötürən avadanlıqların işində çətinlik yaşanır.

Nəticədə bəzi Baktelecom abunəçilərinin internet xidməti ilə təminatı fasilə meydana gəlib. Hazırda texniki heyət tərəfindən yaranmış çətinliyin aradan qaldırılması istiqamətində profilaktik tədbirlər həyata keçirilir.

Abunəçilərdən internet xidmətinin göstərilməsində yaranmış fasilələri nəzərə almaları xahiş olunur.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib