Dərc edilib: 30-06-2020

https://www.nuh.az/24831-.html

Hadı Rəcəblinin ailəsinin 300 minlik qalmaqalı

30.06.2020 10:45:50

Hadisə

Milli Məclisin sabiq deputatı Hadı Rəcəblinin qardaşı qızı Firuzə Rəcəbli 2014-cü ildə "Zaminbank” ASC-dən götürdüyü külli miqdarda krediti ödəməkdən boyun qaçırır.
Qaynarinfo index.az-a istinadən xəbər verir ki, kreditin əsas məbləği 300 000 manat, hesablanmış faizlərlə birgə isə 440 000 manat təşkil edir.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən "Zaminbank” ASC-nin lisenziyası ləğv edilib. Ləğvetmə prosedurunu Əmanətlərin Sığortalanması Fondu icra edir.
Kreditini ödəməkdən boyun qaçıran Rəcəbli bildirib ki, borc üzrə iddia müddəti bitib. Beləliklə, Fond Firuzə Rəcəblini 2018-ci ildə məhkəməyə verib. Lakin məhkəmələr Rəcəblinin lehinə
    

NUH informasiya agentliyi səhifəsindən çap edilib