Dərc edilib: 09-07-2020

https://www.nuh.az/24943-.html

Abutalıbov Bakını tərk edib

09.07.2020 10:54:16

LIVE

Abutalıbov Bakını tərk edib 

Bakının sabiq meri Hacıbala Abutalıbov Qax rayonundakı villasında dincəlir.

Hit.Az-ın xəbərinə görə, Abutalıbovun İlisu yaxınlığında malikanəsinə köçüb və karantin dövrünü orada keçirir.

76 yaşlı keçmiş mer paytaxtın istisindən və sərt karantin rejimindən başını götürüb səfalı güşəyə çəkilib.

Qeyd edək ki, Abutalıbov uzun müddət Bakı meri olub, sonra Baş nazirin müavini təyin olunub. Hazırda heç bir vəzifəni daşımır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib