Dərc edilib: 13-07-2020

https://www.nuh.az/25024-.html

“Vəziyyətin Azərbaycanın ərazi bütövlüyü əsasında həllinin tərəfdarıyıq” - Ukrayna

13.07.2020 23:53:05

Region

Ukrayna Xarici İşlər Nazirliyi Ermənistan-Azərbaycan sərhədində baş vermiş gərginliklə bağlı bəyanat yayıb.


“Qafqazinfo” xəbər verir ki, bəyanatda deyilir:

“Ukrayna Xarici İşlər Nazirliyi  iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində artilleriya atəşi nəticəsində vəziyyətin gərginləşməsi ilə əlaqədar dərin narahatlığını bildirir.

Münaqişə tərəflərini vəziyyətin gərginləşməməsi üçün maksimum səy göstərməyə və münaqişənin beynəlxalq hüququn qəbul olunmuş prinsip və normaları, həmçinin,  BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri əsasında sülh yolu ilə həll edilməsi yollarını axtarmağa çağırırıq.

Ukrayna tərəfi vəziyyətin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində onun suverenliyi və ərazi bütövlüyü əsasında siyasi yolla tənzimlənməsinin tərəfdarıdır".

NUH informasiya agentliyi səhifəsindən çap edilib