Dərc edilib: 20-07-2020

https://www.nuh.az/25117-.html

Tanınmış jurnalist Baş Prokuror və Daxili İşlər Nazirinə açıq müraciət etdi

20.07.2020 15:22:53

Hadisə

"Yaşadığım mənzilə girən oğru həbs edildi və 2 gün sonra sərbəst buraxıldı". Bunu Bizimxeber.az-a tanınmış jurnalist, baş redaktor Ədil Hüseynli bildirib


"Anamın xəstəliyi ilə bağlı bir neçə gün rayonda qaldıq. İyulun 14-də Bakıya qayıtdıqda bəlli oldu ki, evə ogru girib. Dərhal DİN-in 102 xidmətinə zəng etdim və Xəzər Rayon Polis İdarəsinin bir qrup əməkdaşı gəldi. Əl izləri götürdülər, izahat aldılar.

Məlum oldu ki, evdən iki televizor aparılıb. Bir gün sonra, 15.07.2020 -ci ildə əməliyyatçı mənə telefon açaraq bildirdi ki, ogurluq hadisəsini törədən şəxs saxlanılıb. İki gün sonra isə eşitdim ki, ogru sərbəst buraxılıb. Müstəntiq oğrunun buraxıldığını təsdiqlədi. İndi oğru evində rahat oturub, mənə dəymiş ziyan ödənməyib, cinayətkarlar cəzalandırılmayıb. Bu qədər sadə və bəsit bir iş. Ziyan mənə dəyib, evimdə iki azyaşlı uşaq psixoloji travma alıb, oğru isə sərbəst və azaddır". 

Baş redaktor mətbuat vasitəsi ilə çox hörmətli Baş prokuror Kamran Əliyevə və Daxili işlər naziri Vilayət Eyvazov cənablarına açıq müraciət ünvanlayıb. 

Hörmətli Baş prokuror Kamran Əliyev və Daxili İşlər naziri Vilayət Eyvazov cənabları

Baş vermiş çinayət hadisəsinin düzgün araşdırılmasını, mənə dəymiş ziyanın ödənilməsini, cinayətkar və cinayətkarların cəzalandırılması üçün işin öz nəzarətinizə götürməynizi Sizdən xahiş edirəm. Uzun illər mətbuat sahəsində çalışan, rəhbəri olduğunuz qurumların fəaliyyətini daim işıqlandıran baş redaktor olaraq əminəım ki, müraciətim diqqətdə saxlanılacaq".

Bizimxeber.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib