Dərc edilib: 04-08-2020

https://www.nuh.az/25313-.html

Gürcüstanda 1 sutkada 2 nəfər koronavirusa yoluxdu

04.08.2020 10:27:02

LIVE

Gürcüstanda son sutka ərzində daha 2 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

 

“Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1 179-a yüksəlib, bu virusdan ölənlərin sayı isə 17-dir.

Bundan əlavə, indiyədək 959 nəfər sağalıb. Ölkədə 203 aktiv koronavirus xəstəsi var ki, onlardan da 5-nin vəziyyəti ağır qiymətləndirilir. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib