Dərc edilib: 27-10-2020

https://www.nuh.az/26332-.html

Milli Qəhrəman Əliyar Əliyevin qızı: “Bərxudarovdan bunu gözləyirik" (VİDEO) ÖLKƏ

27.10.2020 16:32:45

Reportaj

Milli Qəhrəman, Qubadlının ən cəsur övladlarından biri Əliyar Əliyevin ailə üzvlərinin sevinci ikiqat artıqdır.

Əliyar Əliyevin həyat yoldaşı Pəri Hüseynova bildirir ki, o torpaqların azad edilməsi ilə Milli Qəhrəmanın qəbrinin üstünə tez-tez gedib gələ biləcək:
"Ən böyük arzumdur ki, onun qəbri orada qalsın, dağıtmasınlar. Gedib görə bilim”.
Əliyar Əliyev qızı Pərvanə Əliyeva isə qeyd edir ki, ilk işi atasının qəbrini ziyarət etmək olacaq:
"Bilmirəm, qəbri qalıb-qalmayıb. Bizim müqəddəs bildiklərimizi onların qoruyub-saxlayacaqlarına inanmıram. Amma ən azından biz onu orada buraxmışıq. Onun kimi generallarımız, hərbçilərimiz var.
Mais Bərxudarov onun yolunu gedir. Allah can sağlığı versin. Bir çıxışında qeyd edib ki, atamın şəhid olduğu "Tikanlı zəmi”yə qələbə bayrağını sancacaq. Biz onu ondan çox gözləyirik”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib