Dərc edilib: 02-11-2020

https://www.nuh.az/26421-.html

Moldovanın hazırkı prezidenti seçkidə məğlub oldu

02.11.2020 11:55:15

LIVE

"Fəaliyyət və Həmrəylik” partiyasının  namizədi Maya Sandu prezident seçkisində Moldovanın hazırkı Prezidenti İqor Dodonu məğlub edib.

 

Qaynarinfo "İnterfaks”a istinadən xəbər verir ki, MSK tərəfindən açıqlanan səsvermənin ilkin nəticələrinə əsasən Sandu səslərin 36.03%, Dodon - 32.7%-ni toplayıb.

 

MSK hər iki namizədin prezident seçkilərinin 15 noyabr tarixinə təyin olunmuş ikinci turuna gedəcəyini bildirib. Namizədlərin heç biri seçicilərin 50%-dən çoxunun dəstəyini ala bilmədiyi üçün təkrar səsvermə keçiriləcək.

 

Xatırladaq ki, 1 noyabrda Moldovada prezident seçkiləri keçirilib. Seçkidə iştirak tələb olunan 33.33 faiz həddini keçib və seçki keçərli elan edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib