“Ermənistanın işğal etdiyi Azərbaycan əraziləri azad edilməlidir” - Xamenei
“Azərbaycanın Ermənistan tərəfindən işğal olunan əraziləri azad edilməlidir”.
“Qafqazinfo” “İranpress.com”a istinadən xəbər verir ki, bu sözləri İranın Ali dini lideri Ayətullah Seyyid Əli Xamenei çərşənbə axşamı televiziyada canlı çıxışında deyib.
Çıxışında Azərbaycan və Ermənistan arasındakı münaqişəyə toxunan Xamenei Azərbaycanın bu məsələdə haqlı olduğunu və münaqişənin tez bir zamanda bitməli olduğunu bildirib.