Dərc edilib: 20-11-2020

https://www.nuh.az/26701-.html

Qələbəyə görə yeni orden-medalların adları açıqlandı

20.11.2020 16:24:07

LIVE

“Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar” qanuna dəyişiklik edilib. 


“Qafqazinfo” xəbər verir ki, 1-ci maddədə “Azərbaycan Respublikasının ən yüksək təltifi – “Heydər Əliyev” ordeni; hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilməsi təklif edilir:

“Zəfər” ordeni;

“Qarabağ” ordeni.

1.2. 2-ci maddəyə "Qızıl Ulduz" medalı;" hissəsindən əvvəl "Vətən Müharibəsi Qəhrəmanı" medalı;" hissəsi və "İgidliyə görə" medalı hissəsindən sonra aşağıdakı yeni hissələr əlavə edilməsi təklif edilir.

"Cəsur döyüşçü" medalı;

"Döyüşdə fərqlənməyə görə" medalı;

"Suqovuşanın azad olunmasına görə" medalı;

"Cəbrayılın azad olunmasına görə" medalı;

"Xocavəndin azad olunmasına görə" medalı;

"Füzulinin azad olunmasına görə" medalı;

"Zəngilanın azad olunmasına görə" medalı;

"Qubadlının azad olunmasına görə" medalı;

"Şuşanın azad olunmasına görə" medalı;

"Kəlbəcərin azad olunmasına görə" medalı;

 "Ağdamın azad olunmasına görə" medalı;

 "Laçının azad olunmasına görə" medalı;

 "Vətən müharibəsi iştirakçısı" medalı;

 "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı;"

Qanun layihəsinə dəyişiklik səsə qoyularaq qəbul edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib