“Mən qalib gəldim” - Tramp
ABŞ Prezidenti Donald Tramp həftə ərzində keçirdiyi ilk mətbuat konfransında prezident seçkilərində qalib gəldiyini yenidən bildirib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, siyasətçi deyib:
“Yeri gəlmişkən, mən qalib gəlmişəm. Amma heç nə olmaz, biz hər şeyi aydınlaşdırarıq. Təxminən 74 milyon səs”.
Tramp dərman qiymətlərinin azaldılması təşəbbüsünü elan etmək üçün Ağ Evdə çıxış edirdi. O bildirib ki, özünü tamamilə amerikalılar uğrunda mübarizəyə həsr edib. “Siz bunu görürsünüz və bunu etmək adi iş deyil”, - ABŞ Prezidenti deyib.
15 dəqiqəlik çıxışını bitirən siyasətçi sözü məmurlara verib, jurnalistlərin suallarına cavab verməyib və otağı tərk edib.