Dərc edilib: 22-12-2020

https://www.nuh.az/27194-.html

Bolqarıstan dekabrın 31-dən Azərbaycandan 1 milyard kubm qaz alacaq

22.12.2020 21:27:38

İqtisadiyyat

2020-ci il dekabrın 31-dən etibarən Bolqarıstan Azərbaycandan təbii qaz almağa başlayacaq.
NUH.az   xəbər verir ki,  bunu Bolqarıstanın baş naziri Boyko Borisov hökumətin iclası zamanı deyib.
O bildirib ki, "Bulgargaz" şirkəti ilə SOCAR arasında imzalanan müqaviləyə əsasən, Bolqarıstana 25 il müddətində illik 1 milyard 
kubmetr təbii qaz tədarük olunacaq.
Nazir əlavə edib ki, Azərbaycan qazı Bolqarıstana Yunanıstan vasitəsilə nəql ediləcək.
Qeyd olunub ki, Bolqarıstan təbii qazı gələn ilin oktyabrınadək Trans-Adriatik boru kəmərini (TAP) Yunanıstan qaz-nəqliyyat sistemi 
ilə bağlayan "Kulata" müvəqqəti tədarük məntəqəsi vasitəsilə əldə edəcək. (Trend)

NUH informasiya agentliyi səhifəsindən çap edilib