Dərc edilib: 26-12-2020

https://www.nuh.az/27243-.html

Safuranın atası məhkəməyə çıxarılır

26.12.2020 11:44:21

Reportaj

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin bu gün məhkəməsi keçiriləcək.

 


“Qafqazinfo” xəbər verir ki, DTX istintaq orqanının vəsatəti əsasında prokuror təqdimat verərək S.Əlizadənin həbsdə qalma müddətinin uzadılmasını istəyib.

Təqdimata bu gün Səbail rayon məhkəməsinin hakimi Şəhla Süleymanovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Səlim Əlizadə “Eurovision” mahnı müsabiqəsinin iştirakçısı, tanınmış müğənni Safura Əlizadənin atasıdır. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma maddələri ilə təqsirləndirilir.

Xatırladaq ki, Safura Əlizadə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevin həyat yoldaşıdır.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib