Dərc edilib: 26-12-2020

https://www.nuh.az/27248-.html

Qarabağ qazisinin qardaşı general Ramiz Zeynalova müraciət etdi

26.12.2020 13:53:42

LIVE

Vətəndaş  Əsədov  Əbülfət  Əsgər  oğlu  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor  Ramiz Zeynalova müraciət edib.

Müraciətdə deyilir: 

Cənab general ! 

Qardaşım Əsədov Qənbər Əsgər oğlu 1-ci və 2-ci Qarabağ  müharibəsində iştirak edib, Qarabağ qazisidir. Sonuncu müharibədə qəlpə yarası alıb və ayağı  amputasiya olub. Qardaşım öz ailəsində yeganə işləyən olub və hazırda əlildir. 

Cənab genera !

Mən özüm təqaüdçüsüyəm və qardaşımın  ailəsinə də  hazırda  mən baxıram. 

Bunları yazmaqda məqsədim odur ki, qardaşımla bağlı  faciə baş verəndə mən çox həyacanlı olduğum üçün idarə etdiyim avtomobil  ( 90 .FZ .  468 .  Mersedes  çeşka )  şəhər avtomobil müfəttişlərinin  dediynə görə, qaydanı pozmuşam və nəticədə mənə 100 manat  və 4 balla cərimə gəlib. 

Cənab general !

Xahiş  edirəm, ailəmizin faciəsini və  maddi durumu nəzərə alaraq mənə qarşı olan cəriməni ( 100 manat və 4 bal ) ləğv  edəsiniz. 

 


Hörmətlə, Əsədov Əbülfət Əsgər oğlu 


NUH informasiya agentliyi səhifəsindən çap edilib