Dərc edilib: 15-01-2021

https://www.nuh.az/27499-.html

Habil Vəliyev səhhəti ilə bağlı Prezidentə müraciət etdi

15.01.2021 10:00:25

Hadisə

"Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev səhhəti ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

H.Vəliyev Prezidentdən vəziyyəti öz nəzarətinə götürməsini xahiş edib. 

"Hörmətli Cənab Prezident!

Mən və mənim ailəm COVİD-19-a yoluxmuşuq. Vəziyyətimiz çox ağırdır. Vəziyyətimizin çətinliyi ilə əlaqədar Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirildik. Burada mənim və ailəmin vəziyyəti heç də ürəkaçan deyil. Hətta çox ağırdır. Mənim və ailəmin vəziyyəti acınacaqlıdır. Tək ümid yerimiz Sizsiniz. Xahiş edirəm ki, vəziyyəti öz nəzarətinizə götürəsiniz". - müraciətdə deyilir. 

Xatırladaq ki, xəstəxana Fövqəladə Hallar Nazirliyinin tərkibindədir.Fövqaladə Hallar Naziri Kəmaləddin Heydərovdur.
Əlaqə:0502118854

NUH informasiya agentliyi səhifəsindən çap edilib