Dərc edilib: 30-01-2021

https://www.nuh.az/27724-.html

DİN Qida Təhlükəsizliyi İnstitutunu cərimələdi

30.01.2021 12:12:17

LIVE

Daxili İşlər Nazirliyi tərəfindən Qida Təhlükəsizliyi İnstitutu cərimələnib.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, QTİ-yə məxsus avtomobili idarə edən şəxs yol hərəkəti qaydalarını pozaraq inzibati xətaya yol verib. Bu xəta təhlükəsizlik şəhər kamerası ilə qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsi həmin cəzanın sürücüyə tətbiq edilməsi üçün xətanın qeydə alındığı zaman avtomobili idarə edən şəxs haqda məlumat verməsi ilə bağlı QTİ-yə rəsmi sorğu göndərib. Lakin İnstitut polisin bu sorğusuna cavab verməyib. Buna görə də Qida Təhlükəsizliyi İnstitutu barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib edilərək cərimələnib.

Protokolla bağlı qərar verilməsi üçün Binəqədi rayon məhkəməsinə müraciət edilib. İşə fevralın 12-də baxılacaq.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib