Dərc edilib: 11-02-2021

https://www.nuh.az/27878-.html

Sahibkardan təqdirəlayiq addım

11.02.2021 16:32:53

Reportaj

Azərbaycan ictimaiyyətinin nəzərinə! 

Xəbərnur İnfo olaraq bildiririk ki, Milan Hospitalın rəhbəri Xuraman xanım Muradova müharibədə sağlamlıq durumunu itirən, səhhətində problem olan 2 ci Qarabağ döyüşçüsü olan Qazilərin növbəti dəfə Milan Hospital olaraq müalicəsi və müayinəsini öz üzərinə götürdü.

Bu həqiqətən təqdirəlayiq bir addımdır,hətta digərlərinə bir örnəkdir.

Çünki Qazilər və Şəhidlərimiz bu ölkənin torpağının azadlığı naminə öz canlarını fəda etməkdən çəkinməyiblər.

Qazilərə qarşı bu cür həssaslıq göstərənlər xalq olaraq,hətta bir mətbuat nümayəndəsi olaraq nəzərimizdən yayınmaya bilməzdi.

Sonda Xəbərnur İnfo olaraq bildiririk ki, dəyərli, vətənpərvər Azərbaycan xanımı Xuraman xanıma can sağlığı arzulayırıq.

Yaxşı ki, sizin kimi xanımlarımız.

Qazilərin təmənnasız müalicəsini öz üzərinizə götürdüyünüzə görə sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə: Xəbərnur İnfo Xəbər Portalının təsisçisi və baş redaktoru Nuranə Abdullayeva  

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib