Dərc edilib: 24-02-2021

https://www.nuh.az/28001-.html

Yardımlıda qazi intihar etdi

24.02.2021 11:30:15

LIVE

Yardımlıda Vətən müharibəsi qazisi intihar edib.


"Qafqazinfo" xəbər verir ki, bu barədə tanınmış jurnalist Elşad Paşasoy məlumat paylaşıb.

Məlumata görə, rayonun Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Rafiq oğlu Quliyev bağda özünü asıb. Fəridin hansı səbəbdən intihar etdiyi bəlli olmasa da, Paşasoyun sözlərinə görə, o, gecə-gündüz dəhşətli döyüş səhnələrindən danışırmış. 

"Bəlkə də bir neçə saatlıq psixoloji məsləhətlər onu fikrindən daşındırardı", - deyə jurnalist qeyd edib.

Faktla bağlı araşdırma aparılır.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib