Sumqayıt Kommunal Təsərrüfat Birliyi yolları təmizləyir
Qarlı-çovqunlu havada Sumqayıt Mənzil-Kommunal Təsərrüfat Birliyinin ( MKTB) işçiləri yolların təmizlənməsi üçün əsl fədakarlıqla çalışır.
Aidiyyatı qurumlar vaxtında qabaqlayıcı tədbirlər görüblər və bu gün güclü qar yağması Sumqayıtda ciddi problem yaratmayıb.
MKTB-nin bütün heyəti səhərədək bütün resursları işə salaraq sakinlər və nəqliyyat üçün normal şərait yaradıblar.
Məlumat üçün qeyd edək ki, paytaxt Bakıda güclü qar səbəbindən ciddi problemlər yaşanıb.
Maraqlıdır ki, Bakıdan fərqli olaraq, Sumqayıt və Naxçıvan şəhərləri kəskin qış şəraitinə hazır olub.