Dərc edilib: 01-03-2021

https://www.nuh.az/28061-.html

Nazir Ramiz Mehdiyevin qardaşı oğluna VƏZİFƏ VERDİ

01.03.2021 11:11:56

İdman

Bir müddət öncə kompleks yoxlamalardan sonra vəzifəsindən çıxarılaraq sərəncama götürülən Suraxanı RPİ 31-ci Polis Bölməsinin sabiq rəisi, polis polkovnik-leytenantı İman Mehdiyevə yeni vəzifə verilib.

 

Qafqazinfo   xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə İman Mehdiyev nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin Bölmə rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İ.Mehdiyevin AMEA prezidenti Ramiz Mehdiyevin qohumu, qardaşı oğlu olduğu bildirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib