Dərc edilib: 19-03-2021

http://www.nuh.az/28245-.html

Suriyadan Türkiyəyə iki raket atıldı - Video

19.03.2021 01:24:13

LIVE

Suriyadan atılan raketlər Türkiyə ərazisinə düşüb.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, raketlər Kilisin Beşevlər məhəlləsinə düşüb. Raketlərin YPG/PKK terror təşkilatının nəzarət etdiyi Tel-Rıfat bölgəsindən atıldığı qeyd edilir. 

İlkin məlumata görə, hadisə nəticəsində yaralanan olmayıb. Məhəllədəki boş səhəyə və bir mərmər emalatxanasına düşən raketlərin sayı iki olub.

Əraziyə çox sayda polis cəlb edilib. Raketlər partlamayıb. Onların zərərsizləşdirilməsi istiqamətində iş aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib