Dərc edilib: 26-04-2021

https://www.nuh.az/28596-.html

Şəmkirdə əməliyyat - İcra başçısı saxlanıldı

26.04.2021 12:19:25

İqtisadiyyat

Şəmkir rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.


Unikal.org-un  məlumatına görə, əməliyyat nəticəsində icra başçısının birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb.

Bundan başqa, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da saxlanıldığı bildirilir.

Əlavə məlumat veriləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib