Dərc edilib: 01-05-2021

https://www.nuh.az/28647-.html

Azərbaycanlı Yerevanın mərkəzində topraq sahəsi aldı

01.05.2021 17:00:24

Maqazin

Yerevanın mərkəzində yerləşən Baqramyan küçəsi, 3-cü döngə sakinləri etiraz aksiyası keçiriblər.

Ermənistan KİV-i xəbər verir ki, onlar yaşadıqları binanın qarşısındakı sahənin əslən azərbaycanlı olan İran vətəndaşına satılmasından gileyləniblər.
"Ərazidə ağaclar kəslib, tikinti işləri aparılır. Etiraz edəndə əraziyə gələn polis bizə güc tətbiq etdi, 2 nəfər bölməyə aparıldı. Hüquq-mühafizə orqanları ərazinin sahibini müdafiə edirlər. Polisin azərbaycanlıları müdafiə etməsindən qəzəbliyik. Heç olmasa erməni olsaydı belə qəzəblənməzdik”- deyə bina sakinləri deyir.
Yerevan meriyası isə sakinlərə ərazinin İran vətəndaşı tərəfindən satın alınması barədə 1 ay öncədən məlumat verildiyini və alqı-satqı işlərinin qanunvericiliyə uyğun şəkildə aparıldığını açıqlayıb. /Modern.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib