Dərc edilib: 04-05-2021

https://www.nuh.az/28651-.html

Keçmiş başçının oğlu icra hakimiyyətində birinci müavin oldu - Neftçalada

04.05.2021 16:59:09

Dünya

Neftçala Rayon İcra Hakimiyyəti başçısı Mirhəsən Seyidovun müvafiq əmri ilə Məmmədov Şaiq Seyfəddin oğlu birinci müavin təyin olunub.

 

Bizimxeber.az bildirir ki, Məmmədov Şaiq 1985-ci ildə Neftçala şəhərində anadan olub, Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisasını bitirib. 2009-2012-ci illərdə “Şirvan-LTD” MMC-də hüquqşünas, 2012-2015-ci illərdə Neftçala rayonu İcra Hakimiyyəti başçısının aparatının Hüquq şöbəsində məsləhətçi vəzifələrində çalışıb. 2015-ci ilin avqust ayından isə 61 saylı Neftçala seçki dairəsində Dairə seçki komissiyasının sədri vəzifəsində işləyib. Qeyd edək ki, Şaiq Məmmədov Neftçalanın sabiq başçısı Seyfəddin Məmmədovun oğludur. Seyfəddin Məmmədov 11 noyabr 1993-cü ildə Neftçala Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Uzun illər rayonun rəhbəri işləyib.

 

 

Bir 2 nəfər, kostyum, içəridə və офис şəkili ola bilər

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib