Dərc edilib: 07-05-2021

https://www.nuh.az/28684-.html

DTX-nın HƏBS etdiyi polkovnik məhkəmə zalından azadlığa buraxıldı

07.05.2021 23:19:20

Maqazin

Bakı Hərbi Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Samiq Əzizovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


“Qafqazinfo” xəbər verir ki, bu barədə onun vəkili Elnur Salmanov məlumat verib.

Hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Əzizovun barəsində Cinayət Məcəlləsinin 70-ci (Şərti məhkum etmə) maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. S.Əzizov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsində çalışmış polkovnik S.Əzizov 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun keçirdiyi əməliyyat zamanı həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib