Dərc edilib: 20-05-2021

https://www.nuh.az/28827-.html

Ziya Məmmədovun oğlu “Trump Tower”ı kimə satıb ?

20.05.2021 23:13:08

Maqazin

Donald Trampın oteli kimi tanınan "Trump İnternational Hotel & Tower Baku” layihəsi ilə bağlı xəbər var. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə yaxın zamanda "Trump Tower" "Ritz Carlton Hotel”-i brendi adı altında fəaliyyət göstərəcək. 
"The Ritz Carlton” brendi altında dünyanın bir çox ölkələrində möhtəşəm dizaynlarda hotellər tikilib.
"The Ritz Carlton Hotel”lərinin baş meneceri Martin Kleinmanndır. İstanbulda Boğaz mənzərəli 5 ulduzlu ötellərin çoxu bu brend altında fəaliyyət göstərir. 
Qeyd edək ki, "Trump Tower" əvvəllər beynəlxalq ticarət markasının adını daşıyan Azərbaycan-Amerika Alyansının təsisçisi və prezidenti, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun şirkətinə aid olduğu iddia olunurdu.

NUH informasiya agentliyi səhifəsindən çap edilib