Dərc edilib: 26-05-2021

https://www.nuh.az/28880-.html

Bakıda iki tələbə qız oğlan üstündə saçyolduya çıxdı - VİDEO

26.05.2021 01:36:10

Maqazin

Sosial şəbəkələrdə Bakıda iki qızın saçyolduya çıxmasını əks etdirən video yayılıb.
 
Qızlar oğlan üstündə dalaşıblar. Nizami küçəsində iki qızın əlbəyaxa davası polisin müdaxiləsi ilə nəticələnib. Axşam saatlarında baş verən hadisəyə ilk olaraq ətrafdakı vətəndaşlar müdaxilə edib. Amma buna baxmayaraq, qızları ayırmaq mümkün olmayıb.
 
Polis əməkdaşlarının hadisəyə müdaxiləsinə də məhəl qoymayan qızlar əməllərinə davam ediblər. Nəticədə polis onların hər ikisini saxlayaraq bölməyə aparıb. Bu zaman onlar polisə də çətin anlar yaşadıblar.(milli.az)

NUH informasiya agentliyi səhifəsindən çap edilib