Dərc edilib: 04-06-2021

https://www.nuh.az/28943-.html

Azərtac” və AzTV-nin əməkdaşları minaya düşərək həlak oldu (FOTO)

04.06.2021 13:11:17

Hadisə
Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və "Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.
Qaynarinfo xəbər verir ki, bu barədə AzTV sədri Rövşən Məmmədov məlumat verib.
"Baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir.
"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!
Həmkarlarımız xatirələrimizdə işinin peşəkarı, mərd və cəsur şəxslər kimi qalacaqlar!”,  -deyə R. Məmmədov qeyd edib.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib