Dərc edilib: 13-06-2021

https://www.nuh.az/29025-.html

Abel Məhərrəmovun administratoru həbs edildi

13.06.2021 00:30:27

Günün sitatı

Dünən Bakı Dövlət Universitetinin sabiq rektoru, keçmiş deputat Abel Məhərrəmova məxsus "Mona Liza" restoranında keçirilən toya görə şadlıq evinin administratoru Musa Balazadə məhkəmə qarşısına çıxarılıb.

"Qafqazinfo" xəbər verir ki, o, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 8 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, sözügedən toyla bağlı restoranın müdiri Şəmsi Şıxıyev 4 min manat cərimələnib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib