Lerikdə şəhidin xatirəsinə tikilmiş Bulağın açılışı olub
Lerikdə şəhidin xatirəsinə tikilmiş Bulağın açılışı olub.
Lerik rayonunun şəhidi gizir Əsədullayev Elnur İmran oğlunun adına tikilmiş Bulağın açılışı olub.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, İcra Hakimiyyətinin səlahiyyətlərini icra edən Cəlil Baxsşiyev, Milli Məclisin deputatı İqbal Məmmədov, köməkçisi Nəriman Nərimanlı , hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, Lerik Rayon İcra Hakimiyyətinin "Vətən Müharibəsi və Qazilərlə İş Şöbəsi"nin müdiri Rahib Şiriyev, Lerik Rayonu YAŞAT Fondunun nümayəndəsi, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.