Dərc edilib: 19-06-2021

https://www.nuh.az/29083-.html

Səməd Seyidov məşhur iş adamıyla quda oldu

19.06.2021 18:14:40

Maqazin

"Bir sıra saytlarda məlumat gedib ki, mən oğluma toy eləmişəm, bu, doğru deyil."

Bunu Milli Məclisin deputatı Səməd Seyidov bildirib. O daha sonra yayılan məlumatla bağlı bunları deyib:
"Mən bir daha rəsmi bəyan edirəm ki, heç bir toy məclisi keçirilməyib. Pandemiya dövründə bu ola da bilməz. Bəli, mən kiminləsə quda ola bilərəm, amma bu o demək deyil ki, mən toy eləmişəm. Övladlarımız gedib nikah ediblər, ancaq toy məclisi keçirilməyib."
Qeyd edək ki, deputatın oğlu Urxan Seyidov  "EFES Elçin” kimi tanınan iş adamı, "CARÇIOGLU GROUP” MMC-in prezidenti Elçin Carçıyevin qızı ilə nikaha daxil olub. //manset.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib