Bakıda keçmiş sevgilisini qəsdən maşınla vurdu ..
Bakının Sabunçu rayonunda avtomobil qadını vurub.
APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.
1985-ci il təvəllüdlü Ələkbərova Aygün Əhmədağa qızı yol kənarında hərəkətdə olarkən onu avtomobil vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Qadının Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən ilkin dindirilməsi zamanı məlum olub ki, A.Ələkbərovanı onun keçmiş sevgilisi qəsdən vurub. Səbəb isə ondan ayrılması olub.