Ucarda yeni doğulmuş körpə tapıldı
Ucarda yeni doğulmuş körpə tapılıb.
APA xəbərinə görə, bu gün səhər saatlarında rayon ərazisində fəaliyyət göstərməyən idarənin həyətində mal-qara otaran yerli sakin beşikdə yeni doğulmuş körpə oğlan uşağı tapıb.
Uşaq ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.