Dərc edilib: 21-08-2021

https://www.nuh.az/29704-.html

Sabirabadda dəhşət- Əvvəl qayınatasını, arvadını, sonra özünü öldürdü

21.08.2021 00:53:34

LIVE

Sabirabad rayonunda ailə faciəsi baş verib.

 


APA   xəbər verir ki, hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndində qeydə alınıb.

Saatlı rayonunun Bəylik kənd sakini, 1963-cü il təvəllüdlü Məhərrəmov Nizam Qaraoğlan oğlu ov tüfəngi ilə həyat yoldaşı, Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 1976-cı il təvəllüdlü Məhərrəmova Ruhiyyə Əmirxan qızını və qayınatası, Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 1936-cı il təvəllüdlü Əflatunov Əmirxan Əlibala oğlunu qətlə yetirib və daha sonra özünü öldürüb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib