Dərc edilib: 04-09-2021

https://www.nuh.az/29814-.html

Narkotikin üzərinə kofe, istiot səpəndə İT-lər tapa bilmir -VİDEO

04.09.2021 12:48:47

LIVE

Ölkəyə qanunsuz yolla narkotik vasitələri gətirən şəxslər gömrükdə təlim keçmiş itləri iyidən yayındırmaq üçün bağlamaların üzərinə istiot, kofe və s. ədviyyatlar səpirlər.

Bunu ARB24 telekanalına açıqlamasında Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin rəisi İlkin Osmanov deyib. O bildirib ki, bəzən təlim keçmiş itlər narkotik qoxusunu dəqiqləşdirməkdə çətinlik çəkə bilir:
"Yük maşınında kartof çox, narkotik isə az olduğu üçün təlim keçmiş itimiz qoxunu dəqiqləşdirməkdə çətinlik çəkirdi deyə reaksiya verib-verməməyi düşünürdü. Bundan isə bizim kinoloq şübhələnib orda axtarış aparmışdı. Təlimçi kinoloqlarımız da düzgün axtarış taktikası seçməlidir ki, onun nəticəsini ala bilsin. Bir də görürsən ki, axtarış iti nəqliyyat vasitəsinin dörd bir yanını axtarır, mənbəni dəqiqləşdirmək istəyir, amma kinoloq ona şərait yaratmır. Bu halda maşının "baqaj”ını, qapılarını açmaq lazımdır ki, it mənbəni tapa bilsin”.
İ. Osmanov onu da qeyd edib ki, narkotik maşının şüşəsiləninin altında gizlədilsə də, təlim keçmiş itin avtomobilin salonuna reaksiya verməsi faktları da olub:
"Minik maşınında narkotik vasitə mövcud idi və it avtomobilin salonuna reaksiya verdi. Lakin sonra məlum oldu ki, maddə motor hissədə, şüşəsilənlərin altına yerləşdirilib. Onun üzərinə kofe töküblər ki, iti oradan yayındırsınlar. Lakin mühərrikin istiliyi narkotikin qoxusunu salona ötürdüyü üçün it reaksiya vermişdi”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib