AXC təşkilat şöbəsinin müdiri Arif Abdullayevi KİM(lər) qətlə yetirdi ?
Bir neçə gündən sonra, sentyabrın 26-da Azərbaycan Xalq Cəbhəsi təşkilat şöbəsinin müdiri ARİF ABDULLAYEVİN qətlinin 31 ili tamam olur.
26 sentyabr 1990-cı ildə xalqımızın düşmənləri, daha doğrusu, "özümüzünkülər" Arif Abdullayevi xaincəsinə Bakıda, 8-ci kilometr qəsəbəsindəki öz evində qətlə yetirdilər.
Arifin qardaşı Cavanşir Əfqanıstanda gedən müharibədə həlak olmuşdu.
NUH.az olaraq media üzərindən apardığımız araşdırma zamanı Arif Abdullayev barəsində nəinki bir cümləyə, hətta bir sözə rast gəlmədik.
Sanki bir sirrli qüvvə Arif Abdullayev barəsində yazmağa, danışmağa qadağa qoyub.
Maraqlıdır ki, AXC liderləri də onu heç vaxt yada salmayıb, xatırlamayıb, hətta adını dilə gətirməyiblər.
Xalq Hərəkatının adi üzvlərini az qala qəhrəman, əfsanəvi isim, millət fədaisi, türk sevdalısı adlandıranlar niyə Arifin adını 31 ildə bircə dəfə də çəkməyiblər ?
Hətta bu qətl ilə bağlı mərhum vəkil Adil İsmayılovun mətbuatda dediklərini də ...sildiriblər.
Özümüzdən olan düşmənlərimiz onu unutdurmağa çalışsalar da, Arif Abdullayevin şərəfli adı tariximizdə əbədi qalacaqdır.
Allah rəhmət eləsin ! Məkanı cənnət olsun.