Dərc edilib: 28-09-2021

https://www.nuh.az/30050-.html

Osmanlı hökmdarlarının portretləri satışa çıxarılır

28.09.2021 08:24:21

Dünya

“Christie's” hərrac evi Omanlıda Orxan Qazinin hökmdar olduğu 1326-cı ildən II Səlimin 1574-cü ildə vəfatına qədər 250 illik tarixi əhatə edən müddətdən altı hökmdarın portretini satışa çıxarır. 


“Qafqazinfo” “Christie's”in yaydığı məlumata istinadən xəbər verir ki, hərrac oktyabrın 28-də baş tutacaq.

Orxan Qazi, I Bəyazid, İsa Çələbi, I Mehmet, I Səlim və II Səlimin portretlərindən ibarət seriya üçün 800 min-1 milyon 200 min funt sterlinq dəyər müəyyənləşdirilib.

Təxminən 1600-cü illərdən qalan portretlər Osmanlı sədrəzəmi Sokullu Mehmet Paşanın (1506-1579) təşviqi ilə 1579-cu ildə Venesiyadakı orijinal kolleksiyanın surətidir.  

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib