Eldar Yunusovun rəhbəri olduğu qurum məhkəməyə verildi
Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi məhkəməyə verilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı Nəsimi Rayon Məhkəməsində iddia qaldırılıb.
İdarəçilik Qaydaları Əleyhinə Olan İnzibati Xətalar - 528.1 maddə ilə qaldırılan iddia ərizəsi üzrə məhkəmə prosesi dünən keçirilib. İclasa hakim Solmaz Mustafayeva sədrlik edib.
Qeyd edək ki, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovdur.