Dərc edilib: 06-10-2021

https://www.nuh.az/30133-.html

Şəmkirdə dayısı arvadını hamamda çılpaq videoya çəkdi və öldürdülər

06.10.2021 11:20:11

Kriminal

Dayısı oğlu tərəfindən qətlə yetirilən “Qərb Xəbərləri” qəzetinin baş redaktoru və təsisçisi Bəxtiyar Alıyevin hansı səbəbdən öldürülməsinin təfərrüatları məlum olub.

 

NUH.az   Lent.az-a istinadən həmin cinayət işi üzrə materialları əldə edib.

İttihamda qeyd olunur ki, kənd sakini Vasif Aslanov bibisi oğlu Bəxtiyar Alıyevi onu şantaj etdiyi üçün oldu silahla qətlə yetirib.

Onun sözlərinə görə, Bəxtiyar hadisədən bir il əvvəl evdə heç kim olmayan zaman onlara gedib. Bu zaman həyətdə çimən anasının çılpaq videosunu çəkib. Daha sonra videonun silinməsi müqabilində Vasifdən 10 min manat pul tələb edib.

Təqsirləndirilən şəxs qeyd edib ki, Bəxtiyara pulu ödəməklə bağlı razılığa gəliblər. O, hadisə baş verən gün Bəxtiyarı maşınla götürərək evlərin yaxınlığında yerləşən kənd qəbiristanlığına aparıb.

Burada bibisi oğluna “gözlə gedib pulu götürüb gətirirəm” deyərək evə gedən Vasif babasından qalan lüləsi və qundağı kəsilmiş qoşa lüləli ov tüfəngini götürərək Bəxtiyarın yanına gəlib. Onun sözlərinə görə, Bəxtiyarı qorxudaraq videonu sildirmək üçün o silahdan atəş açıb:

“Bu zaman gördüm ki, Bəxtiyar huşsuz yerə yıxılıb. Heç onun tərəfə getmədim. Maşınımı sürüb polisə təslim oldum”, - deyə Vasif Aslanov qeyd edib.

Məhkəmədə ifadə verən Vasif Aslanovun anası isə bildirib ki, Bəxtiyar hətta onun həyat yoldaşından da müxtəlif vaxtlarda 500 və 300 manat pul alıb ki, videonu siləcək. Lakin sözünə əməl etməyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Aslanov 11 il müddətinə azadlıqdan məhrum edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib