Elman Rüstəmov gedir-Mərkəzi Bankın yeni sədri Şahmar Mövsümov...
Mərkəzi Bankın sədri Elman Rüstəmovun yaxın zamanda vəzifəsindən gedəcəyi ilə bağlı məlumat vermişdik.
29 ildir Azərbaycanın bank sistemini bərbad günə qoyan Elman Rüstəmovun vəzifədən getməsi cəmiyyətimiz üçün çox önəmli məsələdir.
Bəs Mərkəzi Bankın yeni sədri kim olacaq ?
NUH.az-a daxil olan məlumata görə, Mərkəzi Bankın yeni sədri Prezidentin köməkçisi Şahmar Mövsümov olacaq.
Şahmar Arif oğlu Mövsümov 1972-ci ildə Naxçıvanda anadan olub.
1990-cı ildən 1995-ci ilədək Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində bakalavr, 2003–2004-cü illərdə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbində Dövlət İdarəçiliyi üzrə magistr təhsili almışdır.
1995–2005-ci illərdə Mərkəzi Bankda beynəlxalq əlaqələr məsələlərinin təşkili, valyutanın idarə olunması və maliyyə bazarlarının inkişafı sahələri üzrə baş iqtisadçı, qrup rəhbəri, şöbə rəisi, departament direktorunun müavini, departament direktoru, İdarə Heyəti sədrinin baş müşaviri vəzifələrində çalışıb.
2005–2006-cı illərdə Mərkəzi Bankın Baş direktoru vəzifəsində, 2006−2019-cu illərdə Neft Fondunun İcraçı direktoru vəzifəsində işləyib.
2019-cu il 29 noyabr tarixindən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri.